ÖLKƏ XARİCİNDƏ TƏHSİL SİZİN DÜNYAYA BAXIŞINIZI DƏYİŞƏCƏKDİR.

Xaricdə təhsil proqramları sizə dünyanı tanıma və xarici təcrübə imkanları verəcəkdir. Bu imkanlar sizin kitablardan və internətdən aldığınız məlumat və bilgilərdən sadəcə nəzəriyyə olmaqdan çıxacaqdır. Praktiki olan bu təcrübələr fərqli təhsil sistemi, yenilikərin kəşfi, müxtəlif tarix və mədəniyyətlərlə əyani tanışlıq, fərqli dillərin və irsin öyrənilərək savad və dünya görüşünün artmasında naviqator rolunu oynayacaqdır.


Sizə təklif edəcəyimiz Xaricdə Təhsil proqramları:

- Amerika, Kanada, Avropa ölkələri, Türkiyə, Rusiya və Çinin tanınmış universitetlərində bakalavr və magistratura pillələrinə qəbulların alınması;

- Təqaüdlə və öz hesabına təhsillə bağlı konsultasiya;

- Qeyd edilən ölkələrdə intensiv dil kursları və yay məktəblərinin təşkili;

- Ölkə xaricindəki universitetlərə qəbul üçün hazırlıq kurslarının təşkili.


Bəs xaricdə təhsilin nə kimi faydaları ola bilər?

Ölkə xaricində təhsil bir tələbə üçün daha çox faydalı təcrübədir. Müxtəlif mədəniyyətlərlə qarşılaşmaq, yeni bir dil öyrənmək, müxtəlif millətlərin insanları ilə dostluq etmək, karyera imkanlarını genişləndirmək, səyahətlər – sadalanlar tələbələrə təhsil aldıqları müddət ərzində həyatının növbəti mərhələsinə addımlamaqda və eyni zamanda professional iş mühitində ciddi təcrübə olacaqdır. Aşağıdakılar xaricdə təhsilin faydalarından sadəcə bir neçəsidir:


1. Dünyanı görmək və həyatınıza müxtəliflik qatmaq. Xaricdə təhsil almaq üçün ən böyük səbəblərdən biri dünyanı görməkdir. Bu müddətdə siz yeni bir ölkənin möhtəşəm görünüşü, təbiəti, tarixi, mətbəxi, sosial mühitini və adət ənənələri ilə tanış olacaqsız. Bundan başqa, səyahət etmək istədiyiniz halda isə limitli olmayacaqsız, misal üçün, Fransada təhsil aldığınız müddətdə Avropanın digər ölkələrinə də səfər edə bilərsiz. Bununlada müxtəlif ölkələri və oranın təbiəti, tarixi və insanları ilə tanış olduqca həyatınıza müxtəliflik qatacaqsız.


2. Seçdiyin sahənin qlobal mərkəzində təhsil imkanı. Xaricdə təhsil üçün nəzərə alınacaq ən vacib digər səbəblərdən biri də fərqli bir tədris sistemini praktiki olaraq görməkdir. Xaricdə təhsil almaqla siz öz ölkənizin tədris sistemində tətbiq edilməyən modern modellərlə tanış olacaqsız. Eyni zamanda əgər seçdiyiniz sahə üzrə tanınmış bir universitetdə təhsil alırsınızsa, bu zaman siz bu istiqamətdəki tanınmış mütəxəssis və qonaq spikerləri dinləmə imkanını əldə edəcəksiniz.


3. Dil biliklərini zənginləşdirilməsi. Əgər xaricdə təhsili planlayırsınızsa sizing ən azı bir əcnəbi dili mükəmməl şəkildə öyrənmək imkanınız olacaqdır. Təhsil müddətində əldə edəcəyiniz dil bacarığının peşəkarlığı sizing daha sonrakı akademik və ya professional iş həyatında size önə çəkəcək peşəkar alətlərinizdən biri olacaqdır.


4. Şəxsi inkişaf və karyera imkanları. Fərqli mədəniyyətlərə sahib bir ölkədə yaşamaq və ora uyğunlaşmaq, bu müddət ərzində zaman-zaman qarşılaşılan müxtəlif çətinliklər, sərbəst fəaliyyət sizə çətin şəraitə adaptasiya, problemlərin həlli daha sonar peşəkar iş həyatında problemlərin üstəsindən daha rahat gəlmək bacarıqlarını da inkişaf etdirir. Təhsilinizi bitirib öz ölkənizə qayıtdıqda isə əcnəbi dil biliyi, fərqli təhsil və dünya görüşü sizing üçün yeni prespektivlərə qapı açacaqdır. Qeyd edilənlər işverənlər üçün çox cəlbedicidir. Tələbələrin əksəriyyəti bəzən oxuduqları ölkəni elə sevirlər ki, həmin ölkədə işaxtarmağa başlayırlar. Bu zaman həmin ölkədə əldə edilmiş diplom bunun üçün sizə işimkanları qapısını açır. Ümumiyyətlə işə müraciət zamanı xaricdə təhsil CVnizi daha cəlbedici edəcəkdir.


5. Yeni insanlarla tanışlıq və networkün genişləndirilməsi. Xaricdə təhsil dünyanın müxtəlif yerlərindən fərqli düşüncəli və mədəniyyətə sahib tələbələrlə görüşmək, eyni zamanda yerli ailələrdə qalmaq, zaman-zaman unviersitetkənarında müxtəlif insanlarla da tanışlıq üçün böyük imkandır. Bu müddətdə qazanılan dost çevrəniz genişlənəcək və eyni zamanda bu insanlar gələcək professional iş həyatında da əhəmiyyətli kontaktlar ola bilərlər.

Amerika Birləşmiş Ştatları

Amerika Birləşmiş Ştatları 1,000 000-dan çox olmaqla dünyanın müxtəlif ölkə və millətlərinin təhsillərini və həyat təcrübəsini genişləndirən ən çox əcnəbi tələbəyə evsahibliyi etməkdədir. Ölkədə ali təhsilə davam edən tələbələrin 5 %-ni əcnəbi tələbələr təşkil etməkdədir. Hazırda bu göstərici ildən-ilə artmaqda və əcnəbi tələbələr üçün dünyanın ən populyar ölkəsinə çevrilməkdədir. Bəs bu qədər əcnəbi tələbələr niyə ABŞ kollec və universitetlərini seçir? Bu suala qısa olaraq cavab verməyə çalışacağıq.

Akademik üstünlük.ABŞ bütün sahələrdə məşhur proqramlarına, dünya standartlarına uyğun və dünyanın ən yaxşı universitet sisteminə sahibdir.

Müxtəlif təhsil imkanları.ABŞ başq ölkələrdə mövcud olan kampuslardan on dəfə böyük kampuslara sahib kollec və universitetlərə malikdir. Bu kollec və unviersitetlər incəsənt, sosial və texniki kimi müxtəlif sahələrdə akademik, tədqiqat və professional bacarıqların inkişaf etdirən təhsil proqramlarına sahibdir.

Texnoloji sıcrayış.ABŞ universitetləri öndə gedəntexnologiya, tədqiqat və tələbələr üçün mükün olan avadanlıq resurslarının təmin edilməsi iləöyünürlər. Hətta sizin sahəniz birbaşa dəqiq və mühəndislik istiqamətində olmasa belə, sizin tədqiqat aparmaq üçün son texnologiya resurslarını öyrənmək və istifadə etmək imkanlarınız olacaqdır. Bundan başqa, öz sahənizdə dünyanın müxtəlif yerlərindən tədqiqatçı, müəllim və mütəxəssislərlə kontakt qura biləcəksiniz.

Tədqiqat, tədris və təlim imkanlarının genişliyi. Əgər siz magistr tələəsinizsə tədris və tədqiqat işləri ilə həm təhsilinizi maliyyələşdirə, həm də təcrübə qazana bilərsiniz. Bəzi proqramları bakalavrlar üçün tələbələrə tədris asistenti, magistrlər üçün isə öz sahənizə uyğun xüsusi layihələrdə tədqqiqat asistenti təklif edir. Təhsilinizin bu praktik komponeti sizin gələcək karyeranız üçün ciddi bir təcrebə və eyni zamanda öz sahənizdə tədris prosesində əldə edilə bilinməyən praktiki bacarıqlar verəcəkdir.

Qlobla təhsil və uzunmüddətli karyera prespektivləri. Beynəlxalq çərçivədə təcrübə əmək bazarının arzuolunan məhsuludur. Bir çox işəgötürənlər dərin bilik, adaptasiya oluna biləcək və təcrübəli işçi axtarır ki, ABŞ-da təhsil almış beynəlxalq tələbələr bu tələblərə uyğun olurlar.

Bütün bunlardan başqa, əcnəbi tələbələrə dəstəkverici xidmətlərin üstünlüyü, həyatınıza yeni boyut qatacaq kampus həyatındakı istər akademik, istər mədəniyyət çeşidliliyi, istərsədə müxtəlif idman fəaliyyətləri və s. ABŞ kollec və universitetlərini daha çox seçilən təhsil müəssisləri edir.

ABŞ-da təhsil haqları və yaşayış xərcləri haqqında aşağıda tanış ola bilərsiniz.

Təhsil haqları:Daha əvvəldə qeyd etdiyimiz kimi ABŞ-da öz xərcləriniz qarşılamaq istəsəz, qanuni olaraq sadəcə kampus daxilindəki işlərdə işləyə bilərsiniz. Təhsil haqlarına gəlincə isə, Amerika universitetlərində ödənişlər 5000 USD-dən başlamaqdadır. Daha reytinqli universitetlər isə təhsil haqları yüksəkdir.

Yaşayış xərcləri:Amerikada yaşayış xərcləri olduğunuz ştat və şəhərə görə dəyişməkdədir. Ümumi olaraq aylıq xərcləriniz, kirayə, qidalanma və yol xərcləri daxil 800-1100 USD ətrafında dəyişəcəkdir.

KANADA

Baxmayaraq ki, cənub qonşu və Birləşmiş Krallıq təhsil ilə bağlı əcnəbilərin daha çox nəzərindədir, amma yenə də ölkə xaricində təhsillərini planlayan tələbələr üçün Kanda populyar ölkə olaraq qalmaqdadır. Heç şübhəsiz buna müsbət səbəblər vardır. Kanada son 20 ildə yaşamaq üçün dünyanın 10 ən yaxşı ölkəsi sırasındadır. Eyni zamanda Kanada təhsil sistemi ən yaxşı təhsil sistemləri sırasındadır.

Qeyd etmək yerinə düşər ki, Kanadanın 5 unviersiteti – Toronto Unversiteti, McGill Universiteti, British Columbia Universiteti, Montreal Universiteti və Alberta Universiteti dünyanın 100 ən yaxşı universiteti siyahısındadır. Habelə, 2017-ci ilin QS-in ƏnYaxşı Tələbə Şəhəri indexində 10luğun I və X şəhəri Kanada şəhərləridir, I yerdə Montreal, X yeri isə Vankuver tutmaqdadır.

Kanada da təhsil almağınızın 5 əsas səbəbi:

Kanadanın təqaüd imkanlarından istifadə edə bilərsiniz.

Kanadada dövlət proqramı üzrə və eyni zamanda universitetlər hər il əcnəbi tələbələr üçün kifayət qədər təqaüd proqramları elan edir. Dünyanın ən yaxşı həyat səviyyəsi olan ölkələrdən olan bir ölkədə yaşam təcrübəsini əldə edəcəksiz. Hər il təxminən 200,000-dən çox əcnəbi tələbə və tədqiqatçılar Kanadada təhsil almağı seçir. Tələbə status almış hərbir əcnəbi həftədə 20 saat işləmək icazəsidə alırki, bu da müəyyən dərəcədə tələbənin öz xərclərini qarşılanmasına imkan yaradır.

Dünyanın hərbir yerində keçərli kvalivikasiyaya sahib olmaq.

Kanadanın yüksək akademik və ciddi keyfiyyətə nəzarət standartları ilə yüksək keyfiyyətli təhsil alaraq, siz gələcəyinizə və kayeranıza qapı açacaqsız. Kanadanın diplom və sertifikatları qlobal ekvivalentliyə sahibdir.

Kanadada təhsilin və yaşam şərtlərinin keyfiyyəti dünyada ən yaxşılar arasındadır. Ancaq ABŞ və Birləşmiş Krallıqdan fərqli olaraq yaşam və təhsil haqları əcnəbi tələbələr üçün daha aşağıdır. Ümumiyyətlə Kanada kollec və universitetlərində oxumaq istəyən əcnəbi tələbələr üçün həmişə seçilən olub.

Kanadanın yüksək dinamik akademik mühitində siz yalnız bilir və bacarıq əldə etməyəcəksiz, eyni zamanda özünüzü ifadə etmək, kreativliyinizi nümayiş etdirmək və özgüvəninizi inkişaf etdirəcəksiniz. Müəllim və professorlar hər zaman sizə dərslərinidə və akademik səviyyənizin yüksəlməsində daim sizə dəstək olmağa can atacaqdır.

İnnovativ və zəngin tədqiqat imkanları.

Kanadada dövlət və sənaye birlikdə tədqiqatlara böyük dəstək verir, xüsusəndə telekomunikasiya, tibb, kənd təsərrüfatı, computer texnologiyaları və ətraf mühit elmləri sahəsində.

Yüksək dil təhsili.

Bilirdinizmiki, Kanada iki dilli ölkədir və dil tədrisində dünya lideridir? Fransız və ingilis dilləri ölkənin I və II dilləri olduqdan bəri kanadalıların yüksək dil tədrisi metodlarında istifadə etməkdədirlər. Siz burda təhsil müddəti ərzində hər iki dili səlis öyrənə bilərsiniz.

Multikultrual cəmiyyət.

Kanadada demək olarki, dünyanın əksər etnik qrupları yaşamaqdadır və bu səbəbdən də müxtəlif etnik mətbəx və mədəniyyət fəaliyyətləri ilə qarşılaşmamaq imkansızdır. Eyni zamanda sizing beynəlxalq tələbə məsləhətçiniz size müxtəlif etnik klublarla əlaqədə olmağınıza da təmin edəcəkdir.

İmmiqrasiya imkanları.

Bilirsinizmilki, Kanada tələbə vəsiqəsi olan əcnəbi tələbələr və Kanada iş təcrübəsi olanlar PR (müvəqqəti yaşama icazəsi) ala bilərlər? Dünyanın harasından olamğınızdan, hansı etnik kökənə aid olmağınızdan, irq və dini ideologiyanızdan asılı olmayaraq siz yeni bir ev tapacaqsınız. Bu səbəbdən Kanada düyanın ən multicultural ölkəsi elan edilmişdir.

Əcnəbi tələbələrin Kanadada təhsil almalarının dövlət strategiyası olaraq planlanması, dünyanın ən cəlbedici ölkəsində yaşamaq təcrübəsi, səhiyyə xidmətlərinin və ölkədə təhlükəsizlik mühitinin yüksəkliyi Kanadanı təhsil məkanı kimi seçmək üçün bir neçə səbəblərdəndir.

Bəs Kanadada təhsil haqları və yaşayış xərcləri nəqədərdir?

Təhsi lhaqları:

Daha əvvəl də qeyd etdiyimiz kimi siz Kanadada dövlət və universitetlərin elan etdikləri müxtəlif təqaüd proqramlarına müraciət edə bilərsiniz. Ümumlikdə, Kanada vətəndaşları üçün təhsil haqqı aşağı olasada, ancaq əcnəbi tələbələr üçün təhsil haqqı ən aşağı 5,000 USD-dən başlamaqdadır. Universitetlərin reytinq və ixtisaslardan asılı olaraq təhsil haqları 35,000 USD-yə kimi yüksəlməkdədir.

Yaşayış xərcləri:

Kanadada həyat səviyyəsinin yüksək olması heç şübhəsizki, yaşam xərclərinin də yüksək olmasına səbəb olur. Aylıq xərclər təxmin ən aşağıdakı kimi olmaqdadır:

Kirayə ev: 350-550 CAD

Yemək: 300 CAD

Yol və digər xərclər: 300 CAD

Ümumi olaraq aylıq xərclər 1100-1200 CAD ətrafında dəyişəcəkdir.

Birləşmiş Krallıq

Birləşmiş Krallıq dünyada tələbələrin təhsil almaları üçün ən uğurlu seçimlərdəndir. Ölkənin hər bir bölgəsində yüzilliklər boyu keyfiyyətli təhsil təcrübəsinə malik universitetlər fəaliyyət göstərməkdədir. Tarix boyu əcnəbi tələbələrin təhsil aldığı bu qədim universitetlər, digər yeni unviersitetlərlə paralel olaraq dünyanın ingilis dilində ən yüksək təhsil imkanlarına sahib universitetlər sırasındadır.

3000-dən çox ali təhsil müəssisəsinə sahib olan Birləşmiş Krallığın bütün universitetləri müstəqil struktur və idarəetməyə sahibdir. Burda əldə edilmiş akademik və professional dərəcələr sizə dünyanın müxtəlif ölkələrinin bir çox şirkətlərində uğurlu karyera qurmaq imkanı verəcəkdir.

Humanitar və sosial elmlər üzrə təhsil haqları £10,000–£17,000 ətrafında, elm və mühəndislik sahələri üzrə £10,000–£20,000, tibb istiqamətləri üzrə isə £20,000–£30,000 arasındadır. Təhsil haqlarının yüksək olmasına baxmayaraq BK-ın təqdim etdiyi proqramlar qısa qısa müddətdə yekunlaşır. Misal üçün ABŞ-da bakalavr təhsili 4 ildirdisə BK universitetlərində isə 3 ildir. Eyni zamanda, əksər BK univeristetlərində magistr təhsili 1 il davam etməkdədir.

Təhsil haqları yüksək olsa da, Birləşmiş Krallıq əcnəbi tələbələr üçün ən prespektivli təhsil ölkələrindəndir. Həftədə 20 saat rəsmi iş icazəsi əcnəbi tələbələr üçün təhsillərini maliyyələşdirməyə imkan verir. Böyük Britaniyada hər il Chevening dövlət təqaüd proqramı və eyni zamanda bir çox universitetlərin bakalavr, magistr, doktorantura proqramları üzrə tam və qismən təqaüd proqramları elan edilir. Bundan başqa tədqiqatçılar üçün də kifayət qədər qrant proqramlar mövcuddur.

ALMANIYA

Almaniya dünya reytinqli universitetilərin yerləşdiyi, praktik təhsil sisteminə sahib, xarici vətəndaşlara ödənişsiz təhsil alma imkanı yaradan, təhsil üçün seçilmiş ən uğurlu ölkələrdəndir. Almaniyada univeristetlərdə demək olar ki, istənilən ixtisas mövcuddur. Tədqiqat sahələri çox inkişaf etdiyi üçün çox spesifik ixtisaslar mövcuddur. Almaniya əcnəbi tələbələrin ən çox axın etdiyi ölkələrdəndir.

Yüksək bilik və bacarıq tələb olunan əmək bazarının ali təhsilə zərurət gətirdiyi bir dövrdə, az təhsil haqqı və ya ödənişsiz təhsil imknları tanıyan Almaniya əcnəbi tələbələr üçün təhsil üçün ən yaxşı məkanlardandır.

Almaniya dünya və Avropa üzrə texniki, mühəndislik, tib, sosial və humanitar sahələrdə, eyni zamanda elmi-tədqiqatlarda ən prestijli univeristetlərə sahibdir. 2018-ci ildə 429 ali təhsil müəssisələrindən 106-sı dünyanın ən reytinqli universitetləri siyahısındadır. Bu universitetlərdən bəziləri eyni zamanda Avropanın ən qədim universitetlərindəndir. Almaniya universitetlərinin təhsil proqramları daim dövrün tələblərinə uyğun yenilənməkdə və müasir dövrün elmi inkişafı üçün dizayn olunmuşdur.

Almaniyada əcnəbi tələbələr həftəlik 20 saat rəsmi iş icazəsinə sahib olur. Əcnəbi tələbələrin 60%-i təhsil aldıqları müddətdə işləməkdədirlər. Almaniyada yaşam xərclərinə gəlincə isə bu, şəhərdən asılı olaraq 600-750 avro arasında dəyişməkdədir.

Bakalavr təhsili üçün Almaniya universitetləri 12 illik orta təhsil tələb etməkdədir. Tələb olunan 1 ili Almaniya universitetlərinin hazırlıq proqramlarında oxuyaraq da tamamlamaq mümkündür. Almaniyada bakalavr pilləsində ödənişsiz təhsil Alman dilindədir. Eyni zamanda çox az ixtisaslarda olsa da dövlət universitetlərinin bakalavr pilləsində İngilis dilidə də təhsili mövcuddur. Ancaq İngilis dilində bakalavr təhsili ödənişlidir. Özəl unviersitetlərdə 11 illik təhsili bitidikdən sonra bakalavr pilləsində təhsil almaq mümkünsür.

FRANSA

Fransa, dünyada əcnəbi tələbələrin təhsil aldığı ən populyar ölkələr siyahısındadır. Fransa yüzilliklər boyu qərb dünyasına böyük təsiri olmuş və bu gündə Fransa mədəniyyəti qərbdə əhəmiyyətli yer tutur. Dünyada 260 milyondan çox insan fransız dilində danışır və ingilis dilindən sonra ən çox istifadə olunan təhsil dilidir.

Fransa təhsil haqqı aşağı olan, keyfiyyətli təhsil verən və əcnəbi tələbələrin ən çox seçdiyi dördüncü ölkədir. Qısası, Fransa təhsil sistemi dünyada ən yaxşılar sırasındadır. Təhsil ödənişlərinin azlığı və top universitetlərdə təhsil almaq arzusunda olan tələbələr üçün Fransada təhsil ən yaxşı seçimdir.

Fransa xüsusi olaraq bizneslə bağlı təhsil alamq istəyənlər üçün çox uğurlu seçimdi. Ölkə sanki beynəlxalq biznes inkubatorudur və bu sahədə dünya reytinqində kifayət qədər biznes ixtisasları yer almaqdadır.

Çox önəmli məqamlardan biri də odur ki, hər bir fransız unviersitetində təcrübə və karyera mərkəzləri fəaliyyət göstərir, hansı ki, bu mərkəzlər vasitəsi ilə tələbələr ixitsasalrına uyğun təcrübə və iş imkanları əldə edə bilərlər.

Dövlət universitetlərində təhsil haqqı illik olaraq bakalavr, magistr və doktorantura üzrə 200-400 avro təşkil etməkdədir. Özəl universitetlərdə isə daha yüksəkdir. Bu səbəbdən Fransada təhsil almağı düşünürsənizsə dövlət unviersitetlərinə müraciət etmək tövsiyə olunur. Bu qiymətlər ölkə vətəndaşları ilə bərabər əcnəbi tələbələr üçün də keçərlidir.

Fransada siz həmçinin müxtəlif təqaüd imkanları da əldə edə bilərsiniz. Bu təqaüdlərin ən məşhurları isə Fransa Təhsil Nazirliyinin, Fransa Xarici İşlər Nazirliyinin, regional konsulların və Erasmus Mundus proqramlarıdır.

Baxmayaraq ki, Fransada yaşam xərcləri yüksəkdir, ancaq tələbələr üçün yol, yaşayış, restoran xərclərində endirimlər daim mövcuddur. Bundan başqa region şəhərlərdə də xərclər paytaxta nisbətən aşağı olur. Fransa qanunları əcnəbi tələbələrin həftədə 20 saat işləməsinə imkan verir. Bu da öz növbəsində tələbənin aylıq xərclərinin tamamən və ya qismən qaşılayır.

Fransada təhsil ilə tələbə nəinki qlobal diploma sahib olacaq, eyni zamanda ingilis dili ilə paralel fransız dilini bilməklə qlobal karyeraya qapılarını açacaqdır.

Yaşayış xərcləri: Parisdə aylıq yaşam xərcləri 800-1000 avro, Nice, Lyon, Nantes, Bordeaux, Toulouse kimi şəhərlərdə isə 600-700 avro təşkil etməkdədir. Ancaq Fransa social dövlət olması səbəbi ilə istər yerli istərsə də əcnəbi tələbələrə hər zaman dövlət qayğısı göstərilir. Bu səbəbdən də əgər region şəhərlərdə aylıq yaşam xərcləri 600 avrodursa, dövlətin dəstəyi ilə siz bu xərcləri 400 avroya sala bilərsiniz.

AVSTRİYA

Avstriyanın demək olar ki, hər şeyi var – gözəl təbiəti və görməli şəhərləri, zəngin mədəni mirası, möhtəşəm Alp və geniş təhsil fəaliyyətləri. Əksər təhsil pillələri alman dilindədir, amcaq ingilis dilində də kifayət qədər təhsil ala biləcəyiniz ixtisaslar mövcuddur.

Avstriya univeristetləri struktur baxımından bir-birilərindən fərqlənir. Viena, Qraz, İnsbruk, Klaqenfurt, Linz və Salzburq kimi qədim univeristetlərdə təhsil almaq istəyən tələbələr öz ixtisas fənlərindən əlavə olaraq müxtəlif proqramları da təhsil müddətində görəcəklər. Leoben kimi ixtisaslaşmış univeirstetlərdə isə tələbələr spesifik sahə üzrə nəzəri və praktiki fənləri görürlər.

Əksər bakalavr pilləsi 3 il davam etməkdədir, bəzi hallarda isə bu 4 il olur. Magistr dərəcələri isə 1 və 2 il davam edir. Təhsil haqlarına gəlincə isə, Avstriya univeristetlərində əcnəbi tələbələr üçün təhsil haqları 1500 avrodan başlamaqdadır. Yaşam xərclərinə gəlincə isə, bütün xərclər daxil aylıq 600 avro kifayət etməkdədir.

Avstriya universitetlərinin ayrıca təqaüd təklifləri olması ilə bərabər beynəlxalq təhsil və tədqiqatlar üzrə əməkdaşlıq edən OEAD (oead.at) və GRANT (grants.at) dövlət təşkilatlarınında təqaüd imkanları yaratmaqdadır.

POLŞA

Şimali Avropa ilə Şərqi və Qərbi Avropa arasında mədəni və coğrafi kəsişmə nöqtəsi rolunu oynayır. Min illik dövlət tarixinə sahib Polşa hazırda Şərqi Avropanın ən böyük və eyni zamanda ən çox əhalili Avropa Birliyi ölkəsidir.

Hər il keçdikcə daha çox əcnəbi tələbələr ölkə xaricində təhsil üçün Polşanı seçir. Bu tələbələrin təhsil məkanı olaraq Polşanı seçmə səbəbləri müxtəlifdir. Bu səbəblərə Jagiellonian və Varşava kimi dünya reytinqli univeristetlərdə təhsil almaq istəyi ilə bərabər, təhsil haqqı və yaşam xərclərinin aşağı olması da daxildir.

Polşa 650 illik ali təhsil ənənəsinə malikdir. 1364-cü ildə Mərkəzi Avropanın II unvieristeti Jagiellonian Universiteti məhz Polşada, Krakov şəhərində fəaliyyətə başlamışdır. Burda 400-dən çox polyak və ingilis dillərində proqramlar tədris olunmaqdadır. Jagiellonian Universiteti dünyanın reytinqli univeristetləri siyahısında yer almaqdadır. Polşanın diger reytinqli universiteti olan Varşava Universiteti dünya IT reytinqli universitetləri siyahısında Top Coder ünvanına sahibdir. Son 10 ildə Polşa ali təhsil müəssisələri 4 dəfə inkişaf edərək, çiçəklənən bu akademik mühit əcnəbi tələbələri özünə cəlb etməkdədir. Polşa universitetlərinin əksəriyyətində tibb, mühəndislik, humanitar və social elmlər sahəsində müxtəlif proqramlar üzrə ingilis dilində təhsil mümkündür. Bəzi özəl unviersitetlər əyani həftə sonu proqrmalar təşkil edir ki, bu zaman tələbə həftə içi işləyərək həftə sonları təhsil almaq imkanı əldə edir. Polşada ingilis dilində bakalavr və magistr pillələri üzrə tədris olunan ixtisasların əksəriyyətinin təhsil haqları 1200-3500 Avro arasında dəyişir. Tibb ixtisasının illik təhsil haqqı 10000 Avro təşkil etməkdədir.

Polşada təhsil haqlarının və yaşam xərclərinin Qərbi və Şimali Avropadan kəskin şəkildə fərqlənməsi, iş imkanlarının mövcudluğu, bu şengen ölkəsini əcnəbi tələbələr üçün ən yaxşı təhsil mərkəzlərindən biri halına çevirir.

Ölkə, təhsil alan xarici tələbələrə həftədə 20 saat rəsmi işləmək icazəsi verir. Məzun olduqda isə 1 il müddətində ölkədə qalıb iş tapmağa şərait yaradılır. Bir tələbənin aylıq xərci 350-400 avro edir ki, ona tanınan rəsmi iş icazəsi ilə işləyərək bu xərcləri qarşılaya bilər. Tətil aylarında isə tələbələr tam günü işləmək imkanı əldə edirlər.

İTALİYA

İtaliyanın tarixi xəzinələri və mətbəxi əsrlərdən bəri ziyarətçiləri özünə cəlb etməyə davam edir. Şimalda qarla örtülmüş Alp dağları, cənubda isə Aralıq dənizi mədəniyyəti İtaliya regionlarının müxtəlifliyidir. Dünya standartına malik, sosial fəaliyyətlərlə zəngin, ancaq uyğun şərtlərlə təhsil axtaran əcnəbi tələbələr üçün İtaliya uğurlu seçimlərdəndir.

1088-ci ildən əcnəbi tələbə qəbul edən İtaliyanın Boloniya Universiteti dünyanın ən qədim univeristetidir. Bolonya XXI əsrdə akademik innovasiyada liderlik etməkdədir. Məhz Boloniya prosesi də, bu şəhərdə başladılmış və Avropa Ali Təhsil Areasının (European Higher Education Area EHEA) ən yaxşı ali təhsil standartı.

İtaliya univeristetləri öz miras və reytinqləri ilə qürrələnirlər. Tor Vergata Universitetində ingiliscə tədris olunan onlarla beynəlxalq dərəcəli tədris proqrmalarına sahibdir. İtaliya eyni zamand Avropada ən yaxşı biznes məktəbinə ev sahibliyi edir.

İtaliya təhsil üçün münasib büdcəli ölkələrdəndir. Baxmayaraq ki, Roma və Milan kimi böyük şəhərlədə yaşam xərclər çox olur, ancaq kiçik şəhərlərdə xərclər aşağıdır. Böyük universitetlər tələbələr yataqxana təşkil edir, bu zaman qalmaq xərcləri ucuz başa gəlir. Bu xərclər şəhərlərdən asılı olaraq 400-600 avro arasında dəyişməkdədir.

Digər Avropa universitetləri ilə müqayisə etdikdə isə İtaliyanın dövlət universitetlərinə nisbətən təhsil haqları daha ucuzdur. Dövlət universitetlərinin təhsil haqları 1000 avro ətrafındadır. Top universitetlərə gəlincə isə onların təhsil haqları müəyyən qədər yüksəkdir. Bəzi univeristetlər xüsusən də Roma Tor Vergata Univeristetində təhsil haqqı siyəsəti tələbənin ailəsinin gəlirlərindən asılı olaraq 150-5000 avro arasında dəyişməkdədir. İtaliyada təqaüd imkanlarının genişliyi də əcnəbi tələbələri bu ölkəyə cəlb etməkdədir.

Əgər təhsildən sonra ölkədə qalıb işləmək istəyirsinizsə, o zaman italiya dilini öyrənməniz tövsiyə olunur, çünki ingilis dili xalq arasında danışıq dili olaraq çox yayqın deyildir.

ÇEXİYA

Çexiya şengen zonasına daxil olan mərkəzi Avropa ölkəsidir. Çexiya ali təhsil ocaqları 1348-ci ilə dayanan təhsil ənənəsinə sahibdir. Paytaxt Praqa şəhərində Avropanın ən qədim və nüfuzlu universitetləri yerləşməkdədir. Və bu universitetlər avropalı tələbələrlə bərabər əcnəbi tələbələrə də yüksək praktiki təhsil imkanları tanımaqdadır. Mərkəzi Avropada yerləşən Çexiyaya hər il minlərlə əcnəbi tələbələr gəlməkdədir. Çexiya univeristetləri dünyanın ən reytinqli univeristetləri sırasında yer almaqdadırlar.

Çexiyada aylıq yaşam xərcləri 400-500 avro civarında təşkil etməkdədir. Təhsil haqlarına gəlincə isə ingilis dilində təhsil verən proqramlarda əsasən 3000-12000 avro arasında dəyişməkdədir. Çexiyada əsasəm tibb təhsili 10-12 min avrodur.

Siz Çexiyada beynəlxalq mühiti nəinki turistlərin və əcnəbi tələbələrin daha çox axın etdiyi paytaxt Praqa şəhərində, eyni zamanda ölkənin Brno, Plzen, Hradec Kralove və Olomouc şəhərlərində də görə bilərsiniz. Çexiyada ingilis dilində tədris olunan proqramlar əsasən tibb, biznes və menecment, maliyyə və iqtisadiyyat, IT və kompyuter elmləri, mühəndislik, sosial elmlər və humanitar, marketinq və media, MBA, incəsənət və film sahələri daxildir.

Qeyd edilənlərdən başqa tələbələr Dil Hazırlıq proqramlarına da müraciət edə bilərlər.

Müxtəlif Avropa və dünya univeristetləri ilə əməkdaşlıq edən Çexiya universitetləri vasitəsi ilə tələbələr mübadilə proqrmaları vasitəsi ilə digər ölkələrin univeristetlətində də təhsil imkanları əldə edə bilirlər.

Digər Avropa ölkələrində olduğu kimi Çexiya da əcnəbi tələbələrə həftədə 20 saat rəsmi işləmək icazəsi verməkdədir. Bu da maddi gəlirləri məhdud olan tələbələr üçün həm işləmək, həm də oxumaq imkanları yaratmaqdadır.

Çexiyada eyni zamanda ÖDƏNİŞSİZ TƏHSİL imkanı da mövcuddur. Bunun üçün siz gərək çex dilində təhsil alasınız. Karyerasını Çexiyada davam etdirmək istəyənlər üçün əslində bu çox yaxşı bir imkandır, çünki iş imkanları üçün hər bir halda çex dilini öyrənmək labüddür.

MACARISTAN

Macarıstan xaricdə təhsil üçün ən populyar ölkə halına gəlməkdədir. Buna əsas səbəb isə xüsusi ilə tibb sahəsində olmaqla Mərkəzi Avropada yüksək keyfiyyətli təhsil ənənəsinə sahib ölkələrdən biri olmasıdır. Macarıstan ali təhsil müəssisələri Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirmişdir. Macarıstanda təqaüd imkanları genişdir. Xüsusən hər il Macarıstan dövləti azərbaycanlı tələbələrə təqaüd imknaları tanımaqdadır. Ölkədə macar, alman və ingilis dilində tədris olunan müxtəlif ixtisas sahələri mövcuddur.

Macarıstanda IELTS olmadan və eyni zamanda cox zəif ingilis dili bilyiniz olduğu təqdirdə də öz hesabınıza təhsil almaq imkanı əldə edə bilərsiniz. Bu zaman əlavə olaraq 1 il hazırlıq proqramı oxumuş olacaqsınız. Nəzərə alsaq ki, Macarıstanda bir çox ixtisasların təhsil müddəti 3 ildir, 1 il hazırlıq proqramı oxumaqla da sizin təhsil müddətiniz 4 il olacaqdır. Macarıstan univeristetlərində təhsil haqları 3000 avrodan başlamaqdadır.

Macarıstanda yaşam xərcləri aylıq 400-500 avro ətrafındadır. Bu məbləğdə bir aylıq bütün xərclər nəzərdə tutulmuşdur.

XİDMƏTLƏRİMİZ

Azərbaycanda təhsil sahəsində öz sözün demiş bir şirkət olaraq hər zaman xitmətinizdəyik.
Sizlərə xidmət etməkdən qürur duyuruq.

Haqqımızda

Edupol Təhsil Mərkəzi siz artıq doğru ünvandasınız.

Qurucularımız tərəfindən 2004-cü ildə fərdi dərs fəaliyyəti ilə təhsil həyatına başlayan qurumumuz illərlə böyüyərək inkişaf etmişdir. 2011-ci ildə bütün fəaliyyətini Edupol Öğretim Kurumları(Edupol Təhsil Müəssisələri) daxilində toplayıp və korporatif kimliyini gücləndirərək bugun də yoluna davam etməkdədir

Edupol dersanesi

Təhsil sahəsində keyfiyyət və yenilikləri birinci planda tutup, böyük səy sərf ederək bu nöqtədə müvəffəqiyyətli və bəyənilən marka olacağıq

Bütün fəaliyyət sahələrində ən son yenilikləri izləyip uğurlu xəttini hər zaman davam etdirir.

Bu sahədə mütəxəssis heyət və məsləhətçilərlə gələcəğiniz üçün ən doğru yolu seçməyə kömək edirik.

Bizə göndərilən xoş sözlər.

Çox teşekkür edirem.Çoxda raziyam. Bütün işci kolektivinə minnetdaram...

Nezrin Huseynova/ Valideyn

Sadam ki,sizi tanidim Mehriban,semimi kollektivi ve yuksek seviyyede telim.

Sevinc Aliyeva/ Tələbə

Hər hansı sualınız var buyurun zəng edin?

Nömrələrimiz bazar günü istisna olmaqla bütün günləri saat 09:00 dan 19:00 kimi zəng ede bilərsiniz. 00994(012) 596-79-50 | 00994(012) 596-79-50 | 00994(055) 577-31-54



Bizimlə Əlaqə

Bizimlə əlaqə saxlaya və ya yaza bilərsiniz.

  • "Edupol" Tədris mərkəzi

    Azərbaycan Bakı
    Əlibəy Hüseynzadə 73

    Bakü Türk Anadolu
    litseyinin yaxınlığında

    Telefon nömrələrimiz

    00994(12) 596-79-50
    00994(12) 596-40-43

    00994(55) 577-31-54

  • Elektron ünvanımız

    info@edupol.az
    edupolaz@gmail.com


    İş vaxtı

    Saat 09:00-19:00
    Bazar günü qeyri iş günüdür

    Hər zaman xidmətinizdəyik

Bizə Yazın

Sizin məktubunuzu gözləyirik.