Tiamo Mental Aritmetik

4-14 yaş arası

Toplama və çıxma kimi hesab əməliyyatlarının həyata keçirilməsində istifadə edilən, rəqəm yerinə muncuq və buna oxşar əşyalardan istifadə olunan hesab vasitəsinə abak deyilir. Abak qədim Yunan mənşəli sözdür. Qədim Yunanlar, Romalılar, Misirlilər, Hindlilər və Çinlilər hesab əməliyyatlarını həyata keçirərkən abakdan istifadə edirdilər.

Faydaları: Sağ və sol beyin yarımkürələri tarazlı inkişaf edən şəxslər daha qabiliyyətli, problemlərin daha çox həll yollarını tapan şəxslər olurlar.Tiamo tədris kursu sayəsində uşaqlarınızda fikri cəmləmə və diqqət bacarıqları inkişaf edir. Həyatı boyunca verəcəyi imtahanlarda xətaya yol verməz. Riyazi əməliyyatlara hesab maşını sürəti ilə cavab verəcək.Sinifdə suallara sürətlə cavab verəcəyi üçün uşağınızda liderlik xüsusiyyətləri inkişaf edəcək. Ev tapşırıqlarını daha sürətli edəcəyi üçün oyun oynamasına daha çox zamanı qalacaq və beləliklə uşağınız ətrafdakılarla daha çox ünsiyyətdə olacaq və ictimailəşəcək.Eşitmə, eşitdiyi səsə fikrini cəmləmə qabiliyyəti və yaddaşı artacaq. Dərs keçildiyi zaman öyrənilməlidir. Sinifdə dərs zamanı müəllimə fikrini cəmləyə biləcək və bütün dərslərdən müvəffəqiyyətli olacaq. Anlama, şərh etmə və analiz bacarıqları inkişaf edəcək. Gələcəkdə girəcəyi imtahanlarda 1 sual üçün veriləcək müddət təqribən 1 dəqiqədir. Bir sualı qavramaq üçün onun 2 və ya 3 dəfə oxunması demək olar ki, vaxt itkisinə səbəb olur. Sağ və sol beyin yarımkürələri tarazlı inkişaf etmiş tələbələrin qavrama, şərh etmə və analiz etmə bacarıqları inkişaf etdiyi üçün imtahanlarda vaxt problemi yaranmayacaq.

Dövlət liseylərinə və məktəblərinə hazırlıq proqramı

( AZƏRBAYCAN VƏ RUS BÖLMƏSİ )

Proqrama daxildir :

Həftədə : 10 saatlıq dərslər

Qrupda iştirak edən müəllimlərin sayı : 2 nəfər

Kursun müddəti : 10 ay

Qrup sayı : 5- 10 nəfər

Hər ayın sonu “Açıq dərs”

Elektron dərslik (hər bir fənn və mövzular üzrə)

Testlər ( hər fənnə və hər mövzuya uyğun )

Hər fənnə və hər mövzuya uyğun video görüntülər

Əyani vəsaitlər ( hər fənnə və hər mövzuya uyğun )

Aylıq sınaq imtahanları

Səhnəciklərin qurulması

Məktəbəqədər proqrama aiddir : 1) Riyaziyyat 2) Ana dili 3) Məntiq 4) Ətraf aləm 5) Tiamo Mental Aritmetik 6) Tiamo İngilis dili (xüsusi proqram, otaq və ləvazamitlarla) 7) Yaradıcılığın inkişafı (aplikasiya, plastilinlə işlər) 8) Məntiqi təfəkkürün inkişafı (testlər və xüsusi hazırlanmış proqram) 9) Fiziki tərbiyə 10) Zəkanın inkişafı: riyazi bacarıqlar, yaddaş, diqqət və məntiq gücünün artırılması:

* Tiamo Zəka Oyunları (online proqram)

* Xaricdən gətirilmiş xüsusi zəka inkişaf etdirici oyuncaqlar

11 ) Cizgi filmlərinin izlənməsi və mövzunun müzakirəsi (məqsəd: uşaqlarda yaddaş, diqqət və fikri sərbəst ifadə etmə bacarıqlarını inkişaf etdirmək)

12) Matorikanın inkişafı (rəsm və rəngləmə)

QEYD : İLİN SONU TƏLƏBƏLƏR İMTAHAN VERİB SERTİFİKATLA MÜKAFATLANDIRILIR !

MƏNTİQ

Siz də uşaqlarınızın məntiqi təfəkürünün inkişafını istəyirsinizsə bizə müraciət edin!

Mərkəzimizdə I-II-III-IV-V-VI siniflər üçün xüsusi proqram üzrə hazırlanmış "MƏNTİQ DƏRSLƏRİ" tədris olunur. Siz də uşaqlarınızın məntiqi təfəkürünün inkişafını istəyirsinizsə bizə müraciət edin ! Bəzən həyatda müəyyən mübahisələrdə iştirak etməli oluruq. Biz mübahisələr zamanı müəyyən arqumentlərlə çıxış edirik. Gətirdiyimiz arqumentlərin tutarlı olması üçün isə bizə məntiq elmini bilməyin çox böyük köməyi olur. Avropanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanın orta məktəblərində 1955-ci ildən bəri məntiq elmi tədris olunmur. Ali məktəblərdə isə bu elmi tədris etməyin öhdəsindən gəlməyi bacaran çox az müəllimə təsadüf olunur. Bu elm isə hər kəsin bilməsi vacib olan bir elmdir. Məntiq bir elm kimi, bizim eradan əvvəl 4-cü əsrdə formalaşmışdır və bu elmin babisi Aristotel olmuşdur. Məntiq ərəb sözü olub hərfən zəka, ağıl, fikir, anlayış, qanunauyğunluq, nitq mühakimə anlamlarına gəlir. Bu sözün yunanca qarşılığı «loqos»dur (rus dilindəki loqika sözü də məhz yunan dlindən götürülüb). Lakin bu sözlər məntiq termininin elmi mənasını əhatə etmir. Hazırki, dövrdə bu termin daha geniş mənada işlədilir. Məntiqə sözün dar mənasında qısa tərif versək, «məntiq həqiqətə aparan düzgün təfəkkür formaları, qanunları və bu formalar üzərində aparılan məntiqi əməliyyatlar və qaydalar haqqında elmdir». Məntiq elmi təfəkkürün formalarını öyrənir və üzə çıxarır. Məntiq elmi insana necə fikirləşməli olduğu barədə bir struktur verir ki, bir çox hallarda bu struktur məntiqli əqli nəticəyə gəlib çıxmaq üçün insana kömək olur. Məntiq daim yaradıcı axtarışların və yeni-yeni məntiq nəzəriyyələrinin meydana gəldiyi bir elm sahəsidir. Məsələn, sematik məntiq, predikatlar məntiqi, simvolik məntiq, ehtimali məntiq, qeyri-səlis məntiq, dialektik məntiq, konstruktiv məntiq və s. Biz məntiq elmini nə üçün bilməliyik? Əslində bütün insanlar kortəbii məntiqi təfəkkürə malikdir, lakin onun köməkliyi ilə elmi problemləri açmaq dərk etmək çox çətindi hətda bəzi hallarda mümkün deyildir. Yəni ki, məntiqi bilməyin insana çox böyük köməyi olur. 1. Məntiq təfəkkürün şüursuzluq prosesini şüurluluğa çevirir, bununla da təfəkkürün özü dəqiqləşir, insan onu asanlıqla mənimsəyir və bu fenomendən uğurla istifadə edir. 2. Məntiq kortəbii təfəkkürün həll edə bilmədiyi bir sıra problemlərin həllinə kömək etməklə yanaşı, başqa elmlərin də məsələ və problemlərinin həlli üçün tədqiqatçılara konkret yollar göstərir, qaydalar verir. 3. Bu elm məntiqi təfəkkürün qarşıya qoyduğu bir çox fəlsəfi, elmi nəzəri problemlərə cavab verməklə, düşmənlərin və sözbazların məntiqdən sui-istifadəsinə mane olmaqla insana əməli kömək edir, qarşıdurmalardan necə çıxmaq yollarını göstərir, bununlada təfəkkür sistemində özünün həqiqi yerini və rolunu müəyyənləşdirir.

XİDMƏTLƏRİMİZ

Azərbaycanda təhsil sahəsində öz sözün demiş bir şirkət olaraq hər zaman xitmətinizdəyik.
Sizlərə xidmət etməkdən qürur duyuruq.

Haqqımızda

Edupol Təhsil Mərkəzi siz artıq doğru ünvandasınız.

Qurucularımız tərəfindən 2004-cü ildə fərdi dərs fəaliyyəti ilə təhsil həyatına başlayan qurumumuz illərlə böyüyərək inkişaf etmişdir. 2011-ci ildə bütün fəaliyyətini Edupol Öğretim Kurumları(Edupol Təhsil Müəssisələri) daxilində toplayıp və korporatif kimliyini gücləndirərək bugun də yoluna davam etməkdədir

Edupol dersanesi

Təhsil sahəsində keyfiyyət və yenilikləri birinci planda tutup, böyük səy sərf ederək bu nöqtədə müvəffəqiyyətli və bəyənilən marka olacağıq

Bütün fəaliyyət sahələrində ən son yenilikləri izləyip uğurlu xəttini hər zaman davam etdirir.

Bu sahədə mütəxəssis heyət və məsləhətçilərlə gələcəğiniz üçün ən doğru yolu seçməyə kömək edirik.

Bizə göndərilən xoş sözlər.

Çox teşekkür edirem.Çoxda raziyam. Bütün işci kolektivinə minnetdaram...

Nezrin Huseynova/ Valideyn

Sadam ki,sizi tanidim Mehriban,semimi kollektivi ve yuksek seviyyede telim.

Sevinc Aliyeva/ Tələbə

Hər hansı sualınız var buyurun zəng edin?

Nömrələrimiz bazar günü istisna olmaqla bütün günləri saat 09:00 dan 19:00 kimi zəng ede bilərsiniz. 00994(012) 596-79-50 | 00994(012) 596-79-50 | 00994(055) 577-31-54



Bizimlə Əlaqə

Bizimlə əlaqə saxlaya və ya yaza bilərsiniz.

  • "Edupol" Tədris mərkəzi

    Azərbaycan Bakı
    Əlibəy Hüseynzadə 73

    Bakü Türk Anadolu
    litseyinin yaxınlığında

    Telefon nömrələrimiz

    00994(12) 596-79-50
    00994(12) 596-40-43

    00994(55) 577-31-54

  • Elektron ünvanımız

    info@edupol.az
    edupolaz@gmail.com


    İş vaxtı

    Saat 09:00-19:00
    Bazar günü qeyri iş günüdür

    Hər zaman xidmətinizdəyik

Bizə Yazın

Sizin məktubunuzu gözləyirik.