General English

EDUPOL AMERİCANO LANGUAGE HOUSE Edupol Americano Language house –EDUPOL ÖĞRETIM KURUMLARI MMC şirkətinin daxilində fəaliyyət göstərən dil mərkəzidir.

Niyə Edupol Americano dil mərkəzini seçməlisiniz?

Edupol Americano dil mərkəzini seçməkdə doğru yol seçmiş olursunuz! Bizim ümumi ingilis dili mərkəzimiz, ingilis dilində bacarıqlarınızı artırmaq və gələcəkdə daha çox peşəkar və akademik seçimlər vermək üçün nəzərdə tutulmuşdur. Kursumuzda Starter-dən Advanced-ə qədər hər səviyyə mövcuddur. Dil qabiliyyətinin inkişafında 4 bacarıq var : Yazma, Oxuma , Dinləmə və Danışma ! Starter səviyyəsindən başlayaraq 4 bacarığı ayrı-ayrı dərs saatları üzrə keçirilməklə yanaşı, starter səviyyəsi də daxil olmaqla hər səviyyənin “ SPEAKING ” or “ CONVERSATION ” qrupları ayrı ayrılıqda dərs keçir. Siz heç bir kompleks yaranmadan öz səviyyəsinizdə olan quplarla conversation klublarda iştirak edəcək, sonda isə mükəmməl dil daşıyıcısına çevriləcəksiniz ! Mərkəzimizin 1 fərqi də var : General English dərslərinə yazılan məktəb tələbələrinə kurikulum üzrə buraxılış ingilis dili imtahanlarına hazırlıq HƏDİYYƏ olunur. Bu proqramla tələbələr yeni formatda olan 9-11 attestat imtahanına hazırlaşaraq qrammatika, dinləmə, oxuyub-anlama bacarıqlarını eyni səviyyədə mükəmməl şəkildə inkişaf etdirməklə gələcəkdə də bu bacarıqlarından istifadə edərək tam şəkildə səlis ingilis dilində danışa biləcəklər !

QEYD : TƏLƏBƏLƏRİN HAZIRLIQ PROSESİ PEŞƏKAR HEYƏT TƏRƏFİNDƏN YAXINDAN İZLƏNİLİR VƏ MÜTƏMADI KONSULTASİYALAR APARILIR.

SAT (Schololastic Aptitude Test)

SAT NƏDİR ?

SAT ( Schololastic Aptitude Test ) Amerikadakı üniversitetlərə qəbul olmaq istəyən həm amerikalı, həm də xarici tələbələrdən tələb olunan imtahandır. Həmçinin bir çox Türkiyə və Azərbaycan universitetlərində də bu imtahanın nəticələri qəbul üçün tələb olunur. SAT College Board tərəfindən hazırlanılır. Rəsmi SAT imtahanı ildə bir neçe dəfə təşkil olunur.

SAT iki hissədən ibarətdir :

SAT I və SAT II. Bəzi prestijli üniversitetlər hər iki testin nəticəsini tələb edirlər, bəzi üniversitetlər ( Amerika ) və Türkiyədəki universitetlər sadəcə SAT I nəticəsini tələb edirlər. Azərbaycanda isə SAT imtahanı vasitəsilə Azərbaycanlı tələbələr ADA, UNEC və Xəzər Universitetinə də qəbul ola bilərlər. SAT-də tələbənin dil bilgisi, analiz etmə qabiliyyəti, riyazi bacarıqları, bu vaxtacan qazandıqları bilgiləri necə istifadə etmələri test edilir. SAT I Reading, Language and writing , Math bölmələrindən ibarətdir. Reading, Language and Writing üzrə maksimal bal 800 , Math bölməsi üzrə 800 olur. Toplam bal maksimum 1600 . İmtahana ayrılan ümumi vaxt 3 saatdır. Əgər Essay bölməsi də ediləcəksə imtahan müddəti 3 saat 50 dəqiqə olur. Amerikadakı üniversitetlərdə Essay bölməsinə görə bal hesablanir. Türkiyədə isə bu bölməyə bal hesablanmır.

Reading– sual 52- vaxt 65 dəq.

Language and Writing – sual 44 – vaxt 35 dəq

Math – sual 58 – vaxt 80 dəq

Essay– soz 650 – 750 – vaxt 50 dəq

SAT II “Subject Test” isə 1 saatlıq test imtahandır və bu bölmədə suallar bir seçmə fənn üzrə olur. SAT II imtahanında maksimal bal 800 olur. Subject Test imtahanı ingiliscə riyaziyyat, Tarix, Biologiya, Kimya, Fizika və s. fənnlər üzrə ola bilir.

EDUPOL AMERICANO-DA SAT DƏRSLƏRİ NECƏ KEÇİLİR ?

Dərslər həftədə 3 dəfə, hər dərs 4 saat olmaqla keçilir. Aylıq proqram yükü 48 saatdır. Kurs müddətində tələbələr müvafiq tədris materialları ilə təmin olunur, rəsmi imtahana qədər ödənişsiz olaraq SAT sınaq imtahanlarında iştirak edir, ehtiyac yarandıqda ödənişdən kənar etüd dərslərinə çağrılır, üniversitetlərlə və sənədləşmə ilə bağlı köməklik göstərilir. Tələbələrin hazırlıq prosesi peşəkar heyət tərəfindən yaxından izlənilir və mütəmadi konsultasiyalar aparılır. SAT qruplarına yazılmaq üçün əvvəlcə PLACEMENT imtahanı verilməlidir və bu imtahan ödənişsizdir. İngilis dili bazası yeterli olmayan tələbələr kursun xüsusi pre- SAT hazırlığına yazılır (SAT yönümlü hazırlıq kursu).

İELTS (International English Language Testing System)

IELTS digər adı ilə Beynalxalq İngilis Dili imtahanıdır.

IELTS İngilis dilinin istifadə olunduğu ölkələrdə işləmək və ya təhsil almaq məqsədi ilə gedən namizədlərin verdiyi imtahandır. IELTS imtahanı 4 bölmədən ibarət olub, maksimal bal 9.0 – dur. Bu 4 bölmədə namizədlərin Dinləmə, Oxuma, Yazma və Danışma bacarıqları yoxlanılır və buna uyğun qiymətləndirilir. İki növ IELTS mövcuddur General IELTS və Academic IELTS.

General IELTS əsasən İngilis Dilli ölkələrdə İş və ya yaşamaq üçün müraciət edən nazmizədlər üçün nəzərdə tutulmuşdur. General IELTS imtahanı ilə Academic IELTS imtahanı arasında 2 sectionda fərq olur. Fərqlər əsasən Yazma və Oxuma bölmələrində olur.

Academic IELTS əsasən xarici ölkələrdə İngilis Dilli Təhsil müəssələrində təhsil almaq üçün lazım olan imtahan nəticəsidir. Çox universitet IELTS nəticəsi olaraq minimum 6.0 tələb edirlər, ancaq bəzi universitetlər var 5.5 nəticəsi ilədə qəbul edir.

XİDMƏTLƏRİMİZ

Azərbaycanda təhsil sahəsində öz sözün demiş bir şirkət olaraq hər zaman xitmətinizdəyik.
Sizlərə xidmət etməkdən qürur duyuruq.

Haqqımızda

Edupol Təhsil Mərkəzi siz artıq doğru ünvandasınız.

Qurucularımız tərəfindən 2004-cü ildə fərdi dərs fəaliyyəti ilə təhsil həyatına başlayan qurumumuz illərlə böyüyərək inkişaf etmişdir. 2011-ci ildə bütün fəaliyyətini Edupol Öğretim Kurumları(Edupol Təhsil Müəssisələri) daxilində toplayıp və korporatif kimliyini gücləndirərək bugun də yoluna davam etməkdədir

Edupol dersanesi

Təhsil sahəsində keyfiyyət və yenilikləri birinci planda tutup, böyük səy sərf ederək bu nöqtədə müvəffəqiyyətli və bəyənilən marka olacağıq

Bütün fəaliyyət sahələrində ən son yenilikləri izləyip uğurlu xəttini hər zaman davam etdirir.

Bu sahədə mütəxəssis heyət və məsləhətçilərlə gələcəğiniz üçün ən doğru yolu seçməyə kömək edirik.

Bizə göndərilən xoş sözlər.

Çox teşekkür edirem.Çoxda raziyam. Bütün işci kolektivinə minnetdaram...

Nezrin Huseynova/ Valideyn

Sadam ki,sizi tanidim Mehriban,semimi kollektivi ve yuksek seviyyede telim.

Sevinc Aliyeva/ Tələbə

Hər hansı sualınız var buyurun zəng edin?

Nömrələrimiz bazar günü istisna olmaqla bütün günləri saat 09:00 dan 19:00 kimi zəng ede bilərsiniz. 00994(012) 596-79-50 | 00994(012) 596-79-50 | 00994(055) 577-31-54



Bizimlə Əlaqə

Bizimlə əlaqə saxlaya və ya yaza bilərsiniz.

  • "Edupol" Tədris mərkəzi

    Azərbaycan Bakı
    Əlibəy Hüseynzadə 73

    Bakü Türk Anadolu
    litseyinin yaxınlığında

    Telefon nömrələrimiz

    00994(12) 596-79-50
    00994(12) 596-40-43

    00994(55) 577-31-54

  • Elektron ünvanımız

    info@edupol.az
    edupolaz@gmail.com


    İş vaxtı

    Saat 09:00-19:00
    Bazar günü qeyri iş günüdür

    Hər zaman xidmətinizdəyik

Bizə Yazın

Sizin məktubunuzu gözləyirik.